Hindistanda xəstəxanada yanğın olub, ölənlər var
Digər ölkələr
- 09 aprel, 2021
- 21:53
Hindistanın Naqpur şəhərində koronavirusa yoluxmuş pasiyentlərin müalicə aldığı xəstəxanada baş vermiş yanğın nəticəsində azı 4 nəfər həlak olub.
“Report” xəbər verir ki, bu barədə mənbələrə istinadən “Hindustan Times” qəzeti bildirib.
Məlumata görə, yanğın xəstəxananın birinci mərtəbəsində başlayıb. Alovun tüstüsü 10 pasiyentin müalicə edildiyi ikinci mərtəbəyə - reanimasiya şöbəsinə yayılıb. Xəstəxananın personalı yalnız altı nəfəri xilas etməyə nal olub, digər dörd pasiyent həlak olub. Həlak olanların şəxsiyyətləri hələ müəyyənləşdirilməyib.
Qeyd edilir ki, 27 pasiyent ağır vəziyyətdə başqa xəstəxanalara aparılıb.
Yanğının başvermə səbəbi hələ müəyyənləşdirilməyib, lakin ilkin versiyaya görə, hadisə qısaqapanma səbəbindən baş verib.
Son xəbərlər
23:52
Monteneqro vətəndaşlarına Yaxın şərqə səfərlərdən çəkinməyə çağırıb
Digər ölkələr23:49
Foto
Vüsalə Hacıyeva cüdo üzrə gənclər arasında Avropa Kubokunda gümüş medal əldə edib
Fərdi23:46
Vuçiç: Serbiya Avropa İttifaqı yolunu sürətləndirmək üçün əlindən gələni edəcək
Digər ölkələr23:43
Şəkidə qadın dəm qazından boğularaq ölüb
Hadisə23:42
İsrail Tehranda hakimiyyət dəyişikliyində israrlıdır
Region23:31
Tramp İranla danışıqların baş tutacağı təqdirdə atəşkəsə zəmanət verməyib
Region23:22
BƏƏ Tehrandakı səfirliyini bağlayıb
Region23:18
İranın BƏƏ-yə atdığı raketlər MKİ-nin altı yüksək rütbəli zabitini öldürüb
Region23:05