Hindistanda daşqınlar nəticəsində yüzdən çox adam ölüb
Digər ölkələr
- 24 iyul, 2019
- 07:20
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Hindistanın şərqindəki Bihar ştatında daşqınlar 8 milyondan çox insana təsir edib, təbii fəlakət 106 insanın ölümünə səbəb olub.
Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.
Son məlumatlara görə, təbii fəlakət ştatın 12 dairəsində toplam 8 milyon 55 min adama təsir edib. Daşqınlar daha çox 27 nəfərin öldüyü Sitamarha dairəsinə təsir edib.
Daşqınlara Nepal ərazisinə yağan güclü yağışlar və nəticədə region ərazisindəki bir neçə çayda suyun səviyyəsinin kəskin artması səbəb olub. Təbii fəlakətlərin qarşısının alınması idarəsindən bildiriblər ki, çaylarda suyun səviyyəsi düşməyə başlayıb.
Son xəbərlər
23:43
Foto
Oğruca kəndinin yaddaş izləri: Dağıdılmış kənd, qorunub saxlanılan qəbiristanlıq
Daxili siyasət
23:36
Tramp Stiven Milleri Ağ Evin Aparat rəhbəri təyin edib
Digər ölkələr
23:17
Hakan Fidan: Şimali Kiprin hüquq və maraqlarının müdafiəsinə davam etdirəcəyik
Region
23:00
FT: Avropada nəqliyyat vasitələri yeni hücumlarla hədələnib
Digər ölkələr
22:34
Foto
SOCAR və "Honeywell Technologies" Qlobal Çərçivə Sazişi imzalayıb
Energetika
22:14
Bolqarıstanın qırıcı təyyarələri partlayış xəbərdarlığına görə 2 sərnişin təyyarəsini müşayiət edib
Digər ölkələr
22:05
Azərbaycan Basketbol Liqası: "Sabah" "Ordu"nu məğlub edib
Komanda
22:04
Foto
Azərbaycanın Serbiyadakı Səfirliyi Belqradda Zəfər Günü münasibətilə rəsmi qəbul təşkil edib
Xarici siyasət
21:55
"Neftçi" Premyer Liqanın "Zəfər turu"nda "Kəpəz"ə qalib gəlib
Futbol