Hindistanda avtobusun körpüdən aşması nəticəsində 13 nəfər ölüb, 53 nəfər yaralanıb
Digər ölkələr
- 04 may, 2016
- 20:27
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 5 May. REPORT.AZ/ Hindistanın Çxattisqarx ştatında avtobusun körpüdən aşması nəticəsində ən azı 13 nəfər ölüb, 53 nəfər xəsarət alıb. "Report"un məlumatına görə, bu haqda hüquq-mühafizə orqanlarına istinadən "India Today" məlumat yayıb.
Xəbərdə bildirilir ki, insident Harxva şəhərindən Raypur istiqamətində hərəkət edən avtobusun sürücüsünün idarə etdiyi nəqliyyat vasitəsinin motosikllə toqquşmasının qarşısını alarkən baş verib. Sürücünün idarəetməni itirməsi nəticəsində avtobus çaya düşüb.
Yaralılardan 16-nın vəziyyəti ağırdır. Xəsarət alanlar Ambikapur rayon xəstəxanasına yerləşdirilib.
Daha 37 nəfər isə Barlampurdakı yerli xəstəxanaya aparılıb.
Son xəbərlər
02:43
İraqda ilk dəfə Türkman Cəbhəsinin lideri nazir olub
Digər ölkələr
02:24
Albaniyada etirazçılar İqtisadiyyat Nazirliyinin binasına giriblər
Digər ölkələr
01:51
Britaniya hərbi peyklərin idarə olunmasında ABŞ-dən asılılıqdan ehtiyat edir
Digər ölkələr
01:17
Foto
UEFA Konfrans Liqası: Liqa mərhələsinin I turunun oyunları baş tutub
Futbol
01:14
Foto
UEFA Avropa Liqasında II turun oyunları keçirilib
Futbol
00:38
Azərbaycan 2030-cu ildə icmal büdcənin kəsirini 260 milyon dollara endirəcək
Maliyyə
00:30
Azərbaycan iqtisadiyyatına yaxın 4 ildə mümkün investisiya qoyuluşunun məbləği elan edilib
Maliyyə
00:25
Azərbaycan gələn il xarici dövlət borcunun ödənilməsinə 1,4 milyard manatdan çox pul xərcləyəcək
Maliyyə
00:18
Azərbaycan yaxın 4 ildə Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard manat xərcləyəcək
Maliyyə