Hindistanda avtobusda yanğın baş verib, azı 20 nəfər həlak olub
Digər ölkələr
- 15 oktyabr, 2025
- 01:34
Hindistanın qərbində yerləşən Racastan ştatında Caysalmir-Codpur avtomobil yolunda hərəkətdə olan sərnişin avtobusunda baş vermiş yanğın nəticəsində azı 20 nəfər həlak olub, 10-dan çox insan xəsarət alıb.
"Report"un NDTV telekanalına istinadla verdiyi xəbərə görə, 57 sərnişin daşıyan avtobus hərəkət zamanı qəfildən alovlanıb.
Şahidlərin sözlərinə görə, əvvəlcə nəqliyyat vasitəsinin arxa hissəsində tüstülənmə olub. Sürücü avtobusu yol kənarında saxlayıb, lakin cəmi bir neçə dəqiqə ərzində alov bütün avtobusu bürüyüb.
Xəsarət alan yaralılar xəstəxanalara yerləşdirilib. Həlak olanların sayı 20 nəfərdir və bəzilərinin şəxsiyyətinin müəyyənləşdirilməsi üçün DNT testi tələb olunur.
İlkin məlumatlara əsasən, yanğının səbəbi qısaqapanma olub.
Son xəbərlər
08:53
Pakistan İran-ABŞ danışıqlarının yeni mərhələsinin keçiriləcəyini elan edib
Digər ölkələr08:37
Livanın cənubunda daha bir İsrail hərbçisi həlak olub
Digər ölkələr08:08
Foto
Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur07:50
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
İnfrastruktur07:43
Kanberra Hörmüzdə Vaşinqtona yalnız sabit atəşkəs olduğu halda kömək edəcək
Digər ölkələr07:12
Foto
Xəzər dənizində növbəti dəfə zəlzələ baş verib - YENİLƏNİB
Hadisə07:10
Sergey Lavrov Çində səfərdədir
Region06:38
CNN: Rubio Vaşinqtonda İsrail-Livan danışıqlarına qatılacaq
Digər ölkələr06:14