Hindistanda ardıcıl 6 gündür COVID-19-a yoluxma sayı 300 mini keçir
- 27 aprel, 2021
- 10:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Hindistanda son 24 saat ərzində daha 323 144 nəfərdə COVID-19 aşkar edilib.
“Report” CNA-ya istinadən xəbər verir ki, bununla altıncı gün ölkədə yoluxma hadisələrinin sayı 300 mindən çox olub.
Dolmuş xəstəxanalar yataq və oksigen ehtiyatı çatışmazlığı səbəbindən pasiyentləri qəbul etməkdən imtinaya davam edir.
Hindistan Silahlı Qüvvələrini dağıdıcı böhranın öhdəsindən gəlməyə kömək etməyə çağırıb. Müdafiə Qərargah rəisi general Bipin Ravat ordunun oksigen, habelə tibbi personal təmin edəcəyini açıqlayıb. Bu məqsədlə təqaüdə çıxmış hərbi tibb işçiləri yoluxmuş insan axınına qarşı mübarizə aparan tibb müəssisələrinə qatılacaqlar.
Böyük Britaniya, Almaniya və ABŞ da daxil olmaqla, bir sıra ölkələr Hindistana kömək edəcəklərinə söz veriblər.