Hindistanda ağır yol qəzasında 9 nəfər ölüb
Digər ölkələr
- 22 aprel, 2024
- 01:12
Hindistanın qərbindəki Racastan ştatında baş verən yol qəzasında ən azı doqquz nəfər ölüb.
Bu barədə “Report” “Sinxua” agentliyinə istinadən xəbər verir.
Məlumata görə, qəza Racastan ştatının Calavar rayonunda yüksək sürətlə hərəkət edən yük maşınının digər avtomobilə çırpılması nəticəsində baş verib.
Üç nəfər hadisə yerində, altı nəfər isə yerli xəstəxanada müalicə olunarkən dünyasını dəyişib.
Qəza zamanı avtomobildə 10 nəfər olub. Hadisədən sonra yük maşınının sürücüsü qəza yerindən qaçsa da, sonradan saxlanılıb.
Son xəbərlər
06:17
Foto
Yalçın Rəfiyev BMT-nin Yüksək Səviyyəli Həftəsində bir sıra tədbirlərdə iştirak edib
Xarici siyasət06:11
Ceyhun Bayramov Trampın ev sahibliyi ilə keçirilən qəbulda iştirak edib
Xarici siyasət06:05
AİB: Azərbaycan 2026-cı ildə uçot dərəcələrini sabit saxlayacaq
Maliyyə05:32
İspaniya gələn ildən Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalını dayandıracaq
Digər ölkələr05:04
Media: Hakerlər FTB əməkdaşlarının məlumatlarını ələ keçiriblər
İKT05:01
AİB 2026-2027-ci illərdə Azərbaycanda inflyasiya proqnozunu bir qədər artırıb
Maliyyə04:41
AİB: Azərbaycan iqtisadiyyatı 2026-2027-ci illərdə orta hesabla 1,7 % artacaq
Maliyyə04:05
Azərbaycana payız fəsli daxil olub
Ekologiya03:48