Polineziyalı partiya funksioneri: “Fransanın nüvə sınaqlarından hələ də əziyyət çəkirik”
- 20 oktyabr, 2023
- 07:34
Yeniliklərdən dərhal xəbərdar olun!
“Polineziya Fransanın nüvə sınaqlarının nəticələrindən hələ də əziyyət çəkir”.
"Report" xəbər verir ki, bunu Polineziyanın müstəqilliyi uğrunda mübarizə aparan "Tavini huiraatira" partiyasının nümayəndəsi Heynui Le Kai (Heinui Le Caill) Bakıda “Neokolonializm: İnsan hüquqlarının pozulması və ədalətsizlik” mövzusunda keçirilən beynəlxalq konfransda deyib.
Partiya nümayəndəsi qeyd edib ki, Fransanın keçirdiyi nüvə sınaqları əhalinin sağlamlığına və ekologiyaya mənfi təsir göstərir: “Onlar illərdir ki, nüvə sınaqları nəticəsində meydana gələn radiasiya ilə bizi zəhərləyirlər. Fransanın hegemonluq siyasəti yaxşı heç nəyə gətirib çıxarmayacaq".
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə keçirilən konfransda 14 ölkədən, eləcə də Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdən, həmçinin Korsikadan olan nümayəndələr iştirak edir.
BTQ Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. BTQ XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir.
Bu xüsusda, BTQ sentyabrın 22-də BMT-də “Dekolonizasiya: Sakit inqilab” mövzusunda konfrans da keçirib.