HƏMAS iki israilli əsirin meyitini qaytarıb - YENİLƏNİB

Digər ölkələr
  • 30 oktyabr, 2025
  • 19:30
HƏMAS iki israilli əsirin meyitini qaytarıb - YENİLƏNİB

HƏMAS hərəkatının nümayəndələri iki israilli əsirin meyitinin qalıqlarını Qırmızı Xaç nümayəndələrinə təhvil veriblər.

Bu barədə "Report" "Ynet"ə istinadən xəbər verir.

Məlumatı İsrail Müdafiə Qüvvələri və "Şin Bet" təsdiqləyib. Əsirlərin meyitlərinin qalıqlarının olduğu iki tabut Qəzza zolağında Qırmızı Xaça təhvil verilib və tezliklə israilli hərbçilərə çatdırılacaq.

İsrail Baş naziri Binyamin Netanyahu öz növbəsində bildirib ki, ölkə bütün girovları və həlak olan israillilərin qalıqlarını qaytarmaqda qərarlıdır.

"Yekunda HƏMAS silahsızlaşdırılacaq, Qəzza isə hərbsizləşdiriləcək. Xarici qüvvələr bunu etsə, yaxşı olar, amma etməsələr, biz özümüz edəcəyik", - o qeyd edib.

HƏMAS hərəkatının hərbi qanadı olan "İzzəddin əl-Qəssam Briqadaları" yaxın saatlarda iki əsirin meyitini İsrailə təhvil verəcəyini bəyan edib.

"Report" xəbər verir ki, bu barədə "Al-Arabiya" qruplaşmanın bəyanatına istinadən bildirib.

Meyitlərin təhvil verilməsi bu gün Qəzza vaxtı ilə saat 16:00-da (Qrinviç vaxtı ilə 14:00) baş tutacaq.

İsrail ordusu Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələrinin meyitləri təhvil almaq üçün artıq yola düşdüyünü təsdiq edib.

Meyitlərin təhvil verilməsi oktyabrın 10-da Qəzza zolağında qüvvəyə minən atəşkəs razılaşmasının birinci mərhələsinin bir hissəsidir.

Son xəbərlər

Bütün Xəbər Lenti