HƏMAS ABŞ-ni İsrailə təzyiq göstərməyə çağırıb
Digər ölkələr
- 10 iyun, 2024
- 09:03
HƏMAS-ın yüksək rütbəli rəsmisi Sami Əbu Zuhri ABŞ dövlət katibi Antoni Blinkenin regiona səfəri öncəsi Vaşinqtonu Qəzza zolağında döyüşləri dayandırması üçün İsrailə təzyiq göstərməyə çağırıb.
“Report” xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
“Hərəkat müharibənin bitməsini təmin edəcək istənilən təşəbbüsə müsbət münasibət bildirməyə hazırdır”, - o əlavə edib.
Xatırladaq ki, ABŞ dövlət katibi Antoni Blinken bu həftə Misir və İsrailə səfər etməyi planlaşdırır. O, Yaxın Şərqə səfəri zamanı Qətər və İordaniyaya da səfər edəcək.
Bu, HƏMAS-ın 2023-cü il oktyabrın 7-də İsrailə hücumundan sonra ABŞ dövlət katibinin Yaxın Şərq regionuna səkkizinci səfəridir.
Son xəbərlər
02:25
Braziliyada avtobus qəzasında 6 nəfər ölüb
Digər ölkələr01:51
Çin kosmosda kahı, kök, günəbaxan və kartof yetişdirir
Elm və təhsil01:15
Ukrayna kəşfiyyatının rəhbəri: Kiyev və Moskva danışıqlarda ciddi irəliləyiş əldə edib
Digər ölkələr00:45
BVF üç ilə dünya üzrə dövlət borcunun ÜDM-in 100%-ni ötəcəyini gözləyir
Digər ölkələr00:09
Qətərli nazir ABŞ-nin Hörmüz boğazının gələcəyi ilə bağlı açıqlamasını yanlış adlandırıb
Digər ölkələr23:43
"WSJ": ABŞ BCM-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq etməyi planlaşdırır
Digər ölkələr23:29
Nigeriyada silahlı hücumlar nəticəsində 9 nəfər ölüb
Digər ölkələr23:07
Zelenski və Tramp Nyu-Yorkda görüşəcəklər
Digər ölkələr22:50