Hamburq limanı ərazisində güclü yanğın baş verib
Digər ölkələr
- 25 avqust, 2025
- 22:27
Almaniyanın ən böyük limanı olan Hamburq limanı yaxınlığındakı anbarda güclü yanğın baş verib.
"Report" xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Hadisə şahidlərinin sözlərinə görə, Feddel rayonundakı fövqəladə vəziyyət zonasında partlayış səsləri eşidilib. Yanğın barədə ilk məlumat 15:31 (Bakı vaxtı ilə 17:31) radələrində daxil olub. Yanğın əvvəlcə avtomobili əhatə edib, sonra qaz balonlarına keçib və partlayış baş verib. Partlayış nəticəsində xəsarət alanlar var.
Hazırda magistral yolda avtomobillərin hərəkəti məhdudlaşdırılıb.
Yerli sakinlərə pəncərə və qapıları bağlamaq, havalandırma sistemlərini və kondisionerləri söndürmək tövsiyə olunub. Əsas dəmiryol stansiyası ilə Harburq rayonu arasında qatarların hərəkəti dayandırılıb.
Son xəbərlər
12:13
Bədii gimnastika üzrə 31-ci Azərbaycan çempionatı başa çatıb
Fərdi12:06
Bakının mərkəzində obyekt yanır, binadakı vətəndaşlar təxliyə edilib - YENİLƏNİB
Hadisə12:06
Ceyhun Bayramovun Moskvadan sonra Kiyevə səfəri Azərbaycanın balanslaşdırılmış siyasətinin göstəricisidir - RƏY
Xarici siyasət12:06
Azərbaycan Perunun aparıcı enerji şirkətindən pay alıb
Maliyyə12:03
"Arsenal" "Tottenhem"in kapitanı Kristian Romeronu transfer etməkdə maraqlıdır
Futbol11:40
ABŞ rəsmisi: Vaşinqton sammiti Bakı və İrəvanla əlaqələrin yenilənməsinə şərait yaradıb
Region11:39
Naxçıvanın ümumtəhsil məktəblərinə 2255 kompüter paylanılıb
Elm və təhsil11:34
"Karvan-Yevlax" qapıçı Rüstəm Samiqullini transfer edib
Futbol11:28