Haitidə daşqınlar 6 nəfərin həyatına son qoyub
Digər ölkələr
- 30 aprel, 2016
- 01:34
Bakı. 30 aprel. REPORT.AZ/ Haiti Respublikasında yağan aramsız yağışlar nəticəsində yaranmış daşqınlar 6 nəfərin həyatına son qoyub. "Report" xəbər verir ki, bu barədə "Prensa Latina" agentliyi məlumat yayıb.
Məlumata görə, daşqınlar nəticəsində 4000 ev suyun altında qalıb və ciddi zərər çəkib.
Ən çox ziyan paytaxt ətrafındakı Karfur, Delmas və Sita Soley rayonlarına dəyib. Amma ölkədəki siyasi böhrana görə müvəqqəti hökumət indiyə qədər zərər çəkmiş ərazilərdəki insanlara yardımların icrasına başlaya bilməyib.
Mülki müdafiə xidmətinin əməkdaşları təbii fəlakətin qarşısının alınması üçün zəruri olan resursların çatışmazlığından şikayət edirlər. Bu səbəbdən çoxlu sayda insanı təhlükəli zonalardan təxliyə etməyə mümkün deyil.
Son xəbərlər
05:42
İsveçrədə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
Digər ölkələr05:06
Tramp İranla münaqişənin nə vaxt başa çatacağını açıqlayıb
Digər ölkələr04:37
BƏƏ Almaniya iqtisadiyyatına 40 milyard avro investisiya yatıracaq
Digər ölkələr04:13
ABŞ-də dizelin qiyməti tarixi maksimuma çatıb
Digər ölkələr03:35
Oman sahillərində iki gəmi hücuma məruz qalıb
Digər ölkələr03:05
Livan və İsrail nümayəndə heyətləri Romada danışıqlar aparacaq
Digər ölkələr02:48
İran yeraltı müəssisələrdə ballistik raket istehsalını bərpa edib
Region02:22
Braziliyada kiçik təyyarə qəzaya uğrayıb, 3 nəfər ölüb
Digər ölkələr01:50