Haiti sahillərində növbəti zəlzələ baş verib

Digər ölkələr
  • 08 oktyabr, 2018
  • 00:40
Haiti sahillərində növbəti zəlzələ baş verib

Bakı. 8 oktyabr. REPORT.AZ/ Haiti sahillərində 5,3 maqnituda gücündə zəlzələ baş verib.

“Report” xəbər verir ki, bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri Haitidən 87 km aralıda yerləşib.

Oktyabrın 7-nə keçən gecə ölkə sahillərində 5,9 maqnituda gücündə zəlzələ olub. Yeraltı təkanlar nəticəsində 14 nəfər həyatını itirib, onlarla insan xəsarət alaraq xəstəxanalar yerləşdirilib.