FTB rəhbəri: İran ABŞ rəsmilərinə qarşı sui-qəsd planlaşdırırdı 

Digər ölkələr
  • 01 noyabr, 2023
  • 01:26
FTB rəhbəri: İran ABŞ rəsmilərinə qarşı sui-qəsd planlaşdırırdı 

ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) direktoru Kristofer Rey İranı Amerika rəsmilərinə, o cümlədən ABŞ ərazisində sui-qəsd planları hazırlamaqda ittiham edib.

"Report" xəbər verir ki, Rey Senatın komitəsində keçirilmiş dinləmələrdə deyib:

“İranlılar həm birbaşa, həm də muzdluların cəlb edilməsi yolu ilə dissidentlərə və ABŞ-nin yüksəkrütbəli hazırkı və keçmiş hökumət rəsmilərinə qarşı sui-qəsdlər, o cümlədən Amerika torpaqlarına birbaşa hücumlar planlaşdırırdılar”.