FT: Aİ Rusiya LNG-nin daşınmasına tətbiq olunan məhdudiyyətləri yumşaltmağa hazırlaşır
- 23 iyul, 2026
- 05:13
Yeniliklərdən dərhal xəbərdar olun!
Yunanıstanın gəmiçilik şirkəti Dynagas Avropa İttifaqının XXI sanksiyalar paketi çərçivəsində Rusiyanın mayeləşdirilmiş təbii qazın (LNG) üçüncü ölkələrə daşınmasını davam etdirmək üçün icazə ala bilər.
Bu barədə "Report" "Financial Times" qəzetinə istinadən məlumat yayıb.
Qeyd olunub ki, müvafiq razılaşma hələ Aİ-yə üzv 27 ölkənin hamısı tərəfindən təsdiqlənməlidir.
Nəşrin məlumatına görə, şirkətlərə Rusiya LNG-sinin daşınmasına 12 ay müddətinə icazə verilə bilər və bu müddətin uzadılması da nəzərdə tutulur. Lakin daşınma həcmləri 2025-ci ilin səviyyəsi ilə məhdudlaşdırılacaq.
Daha əvvəl "Politico" Avropa İttifaqının sanksiya siyahısını genişləndirmək imkanlarının demək olar ki, tükəndiyini yazmışdı. Buna səbəb kimi yeni məhdudiyyətlərin ittifaq ölkələrinin öz maraqlarına da toxunması göstərilmişdi.