Fransızların təxminən 80 faizi Ollanddan narazıdır
Digər ölkələr
- 18 aprel, 2015
- 03:14
Bakı. 18 aprel. REPORT.AZ/ Fransa prezidenti Fransua Ollandın reytinqi rekord səviyyəyə düşüb.
"Report"un İnterfaks agentliyinə istinadən verdiyi xəbərə görə, “Le Figaro” nəşrinin sifarişi ilə keçirilən son sorğu naticəsində məlum olub ki, Fransızların 79 faizi dövlət başçısının fəaliyyətini mənfi qiymətləndirir. Respondentlərin yalnlız 20 faizi prezidentin fəaliyyətini təqdirəlayiq hesab edir. Yerdə qalanlar isə cavab verməkdə çətinlik çəkib.
Əgər növbəti bazar günü Fransada prezident seçkiləri keçirilsəydi, Fransua Olland ikinci tura çıxa bilməzdi. Ən yüksək nüfuza sahib siyasətçilər isə sabiq prezident Nikolya Sarkozi (28 faiz) ilə radikal sağçıların lideri xanım Marin Le Pendir (26 faiz). Olland isə ancaq 16 faiz səs toplayardı.
Son xəbərlər
08:04
WSJ: Avropa 2026-cı ildə Kiyevin bütün maliyyə tələblərini qarşılaya bilməyəcək
Digər ölkələr07:46
Pentaqon süni intellekt startapına 5 milyard dollarlıq kredit ayıra bilər
Digər ölkələr07:11
Bakı və Abşeronun bəzi ərazilərində işıq olmayacaq
Energetika06:45
Qətər ABŞ-dən uzunmüddətli LNG tədarükü imkanlarını müzakirə edir
Digər ölkələr06:19
Bloomberg milyarderlər reytinqində ilk 10-luğun hamısını amerikalılar tutub
Biznes05:42
İsveçrədə avtobus qəzaya uğrayıb, ölən və yaralananlar var
Digər ölkələr05:06
Tramp İranla münaqişənin nə vaxt başa çatacağını açıqlayıb
Digər ölkələr04:37
BƏƏ Almaniya iqtisadiyyatına 40 milyard avro investisiya yatıracaq
Digər ölkələr04:13