Fransanın Xarici İşlər Nazirliyi cərimələnib

Digər ölkələr
  • 07 mart, 2019
  • 16:57
Fransanın Xarici İşlər Nazirliyi cərimələnib

Bakı. 7 mart. REPORT.AZ/ Fransanın Xarici İşlər Nazirliyi hökumət tərəfindən 450 min avro məbləğində cərimələnib.

“Report” “Le Monde”yə istinadən xəbər verir ki, buna 2017-ci ildə qurumun mühüm vəzifələrində xanım əməkdaşların az olması səbəb olub.

Həmin il Nazirlikdə xanım əməkdaşlar cəmi 29 faiz təşkil edib. Lakin növbəti il - 2018-ci ildə vəziyyət nisbətən düzəlib və bu rəqəm 39 faizə çatdırılıb.

44 - Tezliklə