Fransanın Təbiət Tarixi Muzeyindən 600 min avro oğurlanıb

Digər ölkələr
  • 17 sentyabr, 2025
  • 04:47
Fransanın Təbiət Tarixi Muzeyindən 600 min avro oğurlanıb

Parisdəki Milli Təbiət Tarixi Muzeyi bazar ertəsindən çərşənbə axşamına keçən gecə qarət edilib.

"Report" "Actu17" portalına istinadən xəbər verir ki, dəyən ziyan 600 min avro təşkil edir.

Nəşrin mənbələri quldurların yaxşı hazırlaşdıqlarını və altı qızıl külçəni apardıqlarını bildirib. Hadisə ilə bağlı Ədliyyə Polisinin Quldurluqla Mübarizə Briqadası araşdırma aparır.

Avqustda "France Info" radiosu muzeyin bir neçə həftə davam edən genişmiqyaslı kiberhücuma məruz qaldığını bildirib. Qeyd olunurdu ki, bununla əlaqədar tədqiqat, ekspertiza, kitabxanaların normal fəaliyyəti və kolleksiyalar üzrə konsultasiya fəaliyyəti üçün zəruri olan onlayn vasitələr mövcud deyil.

Milli Təbiət Tarixi Muzeyi Parisdəki Nəbatat bağı və Vinsen zooparkı da daxil olmaqla bir neçə muzey, laboratoriya, kitabxana və parkı özündə birləşdirən böyük elmi tədqiqat mərkəzinin bir hissəsidir.

Son xəbərlər

Bütün Xəbər Lenti