Fransanın mərkəzi regionunda naməlum şəxslər insanları girov götürüb

Digər ölkələr
  • 09 yanvar, 2015
  • 10:20
Fransanın mərkəzi regionunda naməlum şəxslər insanları girov götürüb

Bakı. 9 yanvar. REPORT.AZ/ Fransanın paytaxt regionundakı Sena və Marna departamentində naməlum şəxslər insanları girov götürüblər. Bu barədə "Report" "AFP"-yə istinadən xəbər verir. Polis insanları girov saxlayan şəxslərlə danışıqlar aparır.

Bir müddət əvvəl Dammarten-an Qoel şəhərində polislə atışma da baş verib. Polis yanvar ayının 7-də "Charlie Hebdo" jurnalının redaksiyasına edilmiş hücumun iştirakçıları olduğu güman edilən avtomobili təqib etdiyi zaman silahlı şəxslər polisə atəş açıb.