Fransanın ətraf mühit naziri istefaya gedib
Digər ölkələr
- 16 iyul, 2019
- 15:03
Fransanın ətraf mühit naziri Fransua de Rüji (Francois de Rugy) istefaya gedib.
“Report” xəbər verir ki, o, bu addımı özəl nahar məclislərinə, habelə nazirlik iqamətgahındakı yenidənqurma işlərinə külli miqdarda vəsait sərf olunması barədə yayılan xəbərlər səbəbindən atıb.
F.Rüji artıq istefa ərizəsini baş nazir Eduard Filipə təqdim etdiyini, həmçinin sözügedən xəbərləri yayan “Mediapart” araşdırma saytını da məhkəməyə verəcəyini bildirib.
Nazir parlamentin müzakirəsinə belə çevrilən dəbdəbəli məclislər keçirdiyini inkar etməyib və bunu “qeyri-rəsmi işçi naharı” kimi səciyyələndirərək iş zərurəti olduğunu iddia edib.
Qeyd edək ki, F.Rüji Emanuel Makron prezident seçildikdən sonra istefaya gedən dördüncü nazirdir.
Son xəbərlər
20:59
Biləsuvar sakinini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - YENİLƏNİB
Hadisə20:52
"Qalatasaray" Qabriel Martinelli üçün "Arsenal"a 45 milyon avro təklif edib
Futbol20:50
Foto
Video
UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə oyunda fasiləyə üstün yollanıb - YENİLƏNİB-2
Futbol20:40
Antalyada meşə yanğını başlayıb
Hadisə20:16
Foto
Bərdədə avtoqəzada xəsarət alan 4 nəfərin vəziyyəti açıqlanıb - YENİLƏNİB-2
Hadisə20:14
Ankarada qəza nəticəsində 2 nəfər ölüb, 25 nəfər xəsarət alıb – YENİLƏNİB
Region20:06
Qəzzanın polis rəisi İsrailin zərbəsi nəticəsində ölüb
Digər ölkələr19:47
Video
"Ulduz" metro stansiyasının qarşısındakı yolda tikinti işləri davam etdirilir
İnfrastruktur19:46