Fransanın aparıcı fermerlər birliyi ümummilli nümayişlərə çağırır
- 14 sentyabr, 2025
- 17:23

Fransa fermerlərinin aparıcı həmkarlar ittifaqlarından biri olan Fermerlər İttifaqlarının Milli Federasiyası (FNSEA) üzvlərini sentyabrın 25-də ölkə boyu nümayiş keçirməyə çağırıb.
"Report" xəbər verir ki, bunu federasiyasının prezidenti Arno Russo "Journal du Dimanche" jurnalına müsahibəsində deyib.
"Cümə günü bütün Fransada genişmiqyaslı aksiya təşkil etmək qərarına gəldik", - o bildirib.
Qeyd olunub ki, FNSEA Avropa İttifaqı ilə Cənubi Amerika Ümumi Bazarının (MERCOSUR) razılaşmasına razılaşmasına, ABŞ-nin tariflərinə və fransız fermerlərinin gözləntilərinə cavab verməyən standartlara uyğun malların idxalına etiraz etmək niyyətindədir.
FNSEA-dan AFP-yə bildirib ki, sentyabrın 25-də fermerlər etiraz etmək və standartlara cavab verməyən məhsullar aşkarlamaq üçün böyük mağazalara gedə bilərlər.