Fransanın analitik mərkəzi: Paris Fələstin – İsrail münaqişəsini həll etmək iqtidarında deyil

Digər ölkələr
  • 24 oktyabr, 2023
  • 02:54
Fransanın analitik mərkəzi: Paris Fələstin – İsrail münaqişəsini həll etmək iqtidarında deyil
Emmanuel Makron

“Makron səfərdən öncə çox tərəddüd edirdi. Onda elə təəssürat yaranıb ki, bu, heç bir prinsipial fayda gətirməyəcək. Yəqin ki, tərəddüd daxili vəziyyətin qarışıqlıqlığı ilə əlaqədardır”.

“Report” xəbər verir ki, bunu Fransanın Beynəlxalq və Strateji İşlər İnstitutunun Yaxın Şərq üzrə mütəxəssisi David Riqule-Roz “Sud Radio”ya müsahibəsində deyib.

“Fransa nəyisə çözəcək durumda deyil, əgər ümumiyyətlə elə bir haqqı varsa da. Nəyisə həll edəcək ölkə varsa, o da ABŞ-dir”.

Eyni zamanda, ekspert Fransa Prezidenti Emmanuel Makronun Qəzza məsələsində Qətər üzərindən yürütdüyü siyasətin verimliliyinə şübhə ilə yanaşıb:

“Prezident Makron bir neçə gün öncə intensiv müzakirələr barədə bildirib <…> Danışıqları irəli aparmaq nəzərdə tutulurdu, xüsusən də Qətər üzərindən. Qeyri-müəyyənliklər var”.

O, Qətərin HƏMAS-la sıx münasibətlərinin mövcudluğuna diqqət çəkərək Dohanın illərlə Qəzza zolağındakı məmurların maaşını ödədiyini xatırladıb və bunun Fransanın siyasəti kontekstində suallar doğurduğu vurğulayıb.

Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron oktyabrın 24-də Fələstin Dövlətinə (İordan çayının qərb sahili), daha sonra isə İsrailə səfər edərək adıçəkilən ölkələrin liderləri – Mahmud Abbas və Binyamin Netanyahu ilə görüşəcək.