​Fransada qaçqın düşərgəsində qarşıdurma olub, 3 nəfər ölüb, 40 nəfər yaralanıb

Digər ölkələr
  • 27 may, 2016
  • 07:52
​Fransada qaçqın düşərgəsində qarşıdurma olub, 3 nəfər ölüb, 40 nəfər yaralanıb

Bakı. 27 may. REPORT.AZ/ Fransanın Kale şəhərindəki Cunqli qaçqın düşərgəsində ərzaq paylanılan zaman qaçqınlar arasında düşən dava nəticəsində 3 mühacir ölüb, 40-ı yaralanıb.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, yaralılardan 4-nün vəziyyəti ağırdır. 

Məlumata görə, Əfqanıstan və Sudandan olan qaçqınlar arasında qarşıdurma olub. Davadan sonra Əfqanıstandan olan qaçqınlar mühacirlərin yaşadığı 250 çadırı yandırıb.

İnformasiyaya əsasən, Cunqli qaçqın düşərgəsində 5 min mühacir məskunlaşıb. Ora dünyanın ən təhlükəli qaçqın düşərgələrindən biri sayılır. Həmin düşərgədə narkotik maddə və silah əldə etməyin asan olduğu deyilir. Bundan başqa orada müxtəlif mafiya qrupları fəaliyyət göstərir. 

44 - Tezliklə