Avropanın daha bir ölkəsində koronavirusa yoluxanların sayı artır

Digər ölkələr
  • 08 fevral, 2020
  • 11:59
Avropanın daha bir ölkəsində koronavirusa yoluxanların sayı artır

Fransada daha beş yeni növ koronavirusa yoluxma halı təsdiqlənib.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə şənbə günü ölkənin Sosial Məsələlər və Səhiyyə naziri Anyes Byuzen məlumat verib.

Onun sözlərinə görə, yoluxanlardan dördü yetkin şəxs, biri isə uşaqdır.

Fransada yoluxanların ümumi sayı 11-ə çatıb.