Fransada Holokost memorialını təhqir etməkdə şübhəli bilinənlər saxlanılıb

Digər ölkələr
  • 04 iyun, 2025
  • 06:06
Fransada Holokost memorialını təhqir etməkdə şübhəli bilinənlər saxlanılıb

Fransanın paytaxtı Parisdə Serbiyanın 3 vətəndaşı Holokost abidəsini təhqir etməkdə şübhəli bilinərək saxlanılıb.

"Report"un xəbərinə görə, bu barədə BFMTV telekanalı istintaqa yaxın mənbəyə istinadən məlumat yayıb.

"Parisdə yəhudi icmasının tez-tez ziyarət etdiyi beş yerə yaşıl boya tökməkdə şübhəli bilinən serb mənşəli üç kişi bazar ertəsi, iyunun 2-də Antiba yaxınlığında həbs edilib", - məlumatda deyilir.

Xatırladaq ki, hadisə mayın 30-dan 31-nə keçən gecə baş verib. Cinayətkarlar Parisin tarixi məhəlləsində Holokost memorialına, üç sinaqoqa və restorana yaşıl boya töküblər.

44 - Tezliklə