Fransada avtomobil izdihamı vurub, 1 nəfər ölüb, 6 nəfər yaralanıb
Digər ölkələr
- 07 sentyabr, 2025
- 01:18
Fransanın şimal-qərbində avtomobilin izdihamı vurması nəticəsində 1 nəfər ölüb, 6 nəfər yaralanıb.
"Report"un məlumatına görə, bu barədə yerli hakimiyyət orqanlarına istinadən AFP agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə Manş departamentinin Piru şəhərində baş verib. Avtomobildə iki nəfər olub, onlar da yaralanıb.
"Sahildə yerləşən Piru şəhərində avtomobilin insanları vurması nəticəsində bir nəfər ölüb, bir neçə nəfər yaralanıb. Təcili yardım xidmətləri altı zərərçəkənə yardım göstərib: dörd piyada və avtomobildə olan iki sərnişin", - məlumatda deyilir.
Hadisənin digər təfərrüatları açıqlanmır.
Son xəbərlər
00:23
DÇ-2026-nın final oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
Futbol00:17
DÇ-2026-nın finalının ilk hissəsində antirekord qeydə alınıb
Futbol00:05
Foto
Tom Kruz, Cennifer Hadson və Tramp: Dünya çempionatının rəngarəng bağlanış mərasimi
Futbol23:45
Pentaqon iyulun 18-də İraqda ABŞ hərbçisinin həlak olduğunu açıqlayıb
Digər ölkələr23:40
İraqın Baş naziri Tehrana səfər edəcək
Region23:33
Messi DÇ-2026-nın finalında iki rekorda imza atıb
Fərdi23:24
İspaniya və Argentina arasında final matçı 6 dəqiqə gec başlayıb
Futbol23:21
Foto
Azərbaycan stolüstü tennisçisi Onur Quluzadə Avropa üçüncüsü olub
Fərdi23:16