Fransada 600 hərbçi koronavirusa yoluxub
Digər ölkələr
- 04 aprel, 2020
- 07:58
Fransada təqribən 600 hərbi qulluqçuda koronavirus infeksiyası aşkarlanıb.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin müdafiə naziri Florans Parli açıqlayıb.
O bildirib ki, Fransa Silahlı Qüvvələrinin 1 mülki əməkdaşı virusun qurbanı olub.
Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 205 ölkə və bölgədə qeydə alınıb.
Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 118 000-i ötüb. Bunların 229 274 nəfəri sağalıb, 59 226 nəfəri isə ölüb.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Son xəbərlər
08:08
ABŞ İraqın sabiq maliyyə nazirinin vizasını ləğv edib
Digər ölkələr07:56
Britaniyada xristian festivalında lövhənin düşməsi nəticəsində bir nəfər ölüb
Digər ölkələr07:45
Tərtərdə kişi su kanalında boğulub
Hadisə07:28
Adana vilayətində axtarışda olan 35 şübhəli saxlanılıb
Region07:14
"Fars": İran Hörmüz boğazına alternativ olaraq Xəzər dənizini nəzərdən keçirir
Region06:57
"NY Post": Corc Sorosun yaratdığı fondda yoxlamalar aparılacaq
Digər ölkələr06:40
PSJ "Park de Prens"dəki qazonun vəziyyətinə görə 150 min avro cərimələnib
Futbol06:12
"Süleymançılar" dini təriqəti ilə əlaqəli 35 nəfər həbs edilib
Region05:40