Fransa XİN: Ukraynaya hərbçi göndərilməyib

Digər ölkələr
  • 06 may, 2024
  • 14:10
Fransa XİN: Ukraynaya hərbçi göndərilməyib

Fransa Xarici İşlər Nazirliyi (XİN) bu ölkə qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı məlumatı etibarsız adlandırıb.

"Report" xəbər verir ki, bu barədə Fransa XİN-in “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

“Fransanın Ukraynaya dəstəyi ilə bağlı dezinformasiya kampaniyası səngimək bilmir. Xeyr, Fransa Ukraynaya hərbçi göndərməyib”, - məlumatda qeyd edilib.