Fransa Qrenlandiyada konsulluq açacaq

Digər ölkələr
  • 14 yanvar, 2026
  • 11:43
Fransa Qrenlandiyada konsulluq açacaq

Fransa Qrenlandiyada konsulluq açmaq niyyətindədir.

"Report" "Reuters" agentliyinə istinadən xəbər verir ki, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro RTL radiostansiyasına müsahibəsində bildirib.

Səfirliyin rəsmi açılışı fevralın 6-na planlaşdırılır.

Barronun sözlərinə görə, konsulluğun açılışına hazırlıq ötən ildən - ABŞ Prezidenti Donald Trampın Qrenlandiya üzərində ABŞ nəzarətinin qurulması mümkünlüyü barədə ilk bəyanatlarından sonra aparılır.

Fransanın xarici işlər naziri ABŞ-ni Qrenlandiyaya təzyiqi dayandırmağa və təhdidlərdən çəkinməyə çağırıb. Barro həmçinin vurğulayıb ki, "Qrenlandiya satılmır".

"Qrenlandiya ABŞ-nin ona sahib olmasını, idarə etməsini və ya Birləşmiş Ştatlara inteqrasiya olunmağı istəmir. Qrenlandiya Danimarka, NATO və Avropa İttifaqının xeyrinə seçim edib", - nazir bildirib.

Son xəbərlər

Bütün Xəbər Lenti