Fransa Prezidentinin keçmiş köməkçisi üç il azadlıqdan məhrum edilib

Digər ölkələr
  • 05 noyabr, 2021
  • 14:27
Fransa Prezidentinin keçmiş köməkçisi üç il azadlıqdan məhrum edilib
Emmanuel Makron

Fransa Prezidenti Emmanuel Makronun administrasiyasının keçmiş əməkdaşı Aleksandr Bennall iki ili şərti olmaqla 3 il müddətinə azadlıqdan məhrum olunub.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Bildirilib ki, E.Makronun keçmiş köməkçisi 2018-ci ilin mayında Fransada etiraz aksiyasının iştirakçılarına güc tətbiq etməkdə ittiham olunub. O, 2018-ci il mayın 1-də yürüş iştirakçısı olan gənc qadınla kobud davranıb, onun başına bir neçə zərbə vurduqdan sonra aradan çıxıb.