Fransa prezidenti qəzaya düşmüş yanğınsöndürənlərin ailələrinə həmrəyliyini ifadə edib
Digər ölkələr
- 25 dekabr, 2016
- 02:52
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 25 dekabr. REPORT.AZ/ Fransada çağırışa gedən yanğınsöndürənlər yol qəzasına düşüblər.
"Report" xəbər verir ki, bu barədə "BFM TV" bildirir.
Telekanalın məlumatına görə, çağırışa gedən yanğınsöndürən maşın aşıb. Nəticədə 53 yaşlı yanğınsöndürən dünyasını dəyişib, onun üç həmkarı isə xəsarət alıb.
Onlardan biri ağır vəziyyətdədir. Qəzanın səbəbi hələlik məlum deyil.
Hadisəylə əlaqədar Fransa prezidenti Fransua Olland da başsağlığını ifadə edib.
"Mən bədbəxt hadisə nəticəsində həlak olmuş yanğınsöndürənin və onun xəsarət almış 3 həmkarının qohumlarına həmrəyliyimi ifadə edirəm" – deyə Olland yazıb.
Son xəbərlər
08:11
Foto
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı yaranıb
İnfrastruktur
07:59
"OpenAI"nin süni intellekt agentləri öz davranışlarını izləyən monitorinq sistemlərindən iki dəfə yayınıb
İKT
07:29
Saxalin sahilində neft məhsullarının sızması baş verib
Region
06:49
ABŞ-nin dövlət borcu iki ay ərzində təxminən 400 milyard dollar artıb
Digər ölkələr
06:15
BMT-də Azərbaycanın multikultural cəmiyyət modelindən bəhs olunub
Xarici siyasət
05:43
Pentaqon Şimali Karolinada çip istehsalına 1,5 milyard dollar yatırım edir
Digər ölkələr
05:15
"ChatGPT"də təhlükəsiz yazışma funksiyası istifadəyə verilib
İKT
04:53
Azərbaycan BMT-ni itkin düşmüş şəxslər məsələsində daha fəal rol oynamağa çağırıb
Xarici siyasət
04:36
"Axios": ABŞ Oslodakı danışıqlardan sonra Rusiyadan kompromisə getməyi gözləyir
Digər ölkələr