Fransa Burkina-Fasonun diplomatik əlaqələri kəsmək qərarına cavab tədbirlərini nəzərdən keçirir
- 27 iyun, 2026
- 14:46
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransa Burkina-Fasonun iki ölkə arasındakı diplomatik əlaqələri kəsmək qərarından sonra cavab tədbirləri görmək imkanını nəzərdən keçirir.
"Report" xəbər verir ki, bu barədə Fransanın Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.
Fransa XİN-də Burkina-Faso hakimiyyətinin qərarı ilə bağlı təəssüf hissi ifadə olunub və bu qərar "düşmənçilik xarakterli və əsassız" adlandırılıb.
Fransa XİN, həmçinin Burkina-Fasoda olan Fransa vətəndaşlarını ehtiyatlı olmağa çağırıb.
Xatırladaq ki, Burkina-Faso təhlükəsizlik, suverenlik və ehtimal olunan xarici müdaxilə məsələləri üzrə münasibətlərin bir neçə il pisləşməsindən sonra iyunun 26-da Fransa ilə diplomatik əlaqələri kəsdiyini bəyan edib.