Fransa Aİ-ni İsrailin qanunsuz yaşayış məntəqələrindən idxalı dayandırmağa çağırır

Digər ölkələr
  • 02 sentyabr, 2026
  • 13:44
Fransa Aİ-ni İsrailin qanunsuz yaşayış məntəqələrindən idxalı dayandırmağa çağırır

Fransa Avropa İttifaqını (Aİ) İsrailin İordan çayının qərb sahilindəki qanunsuz yaşayış məntəqələrindən məhsul idxalını dayandırmağa çağırır və hesab edir ki, Aİ bu halda Krıma münasibətdə istifadə olunmuş yanaşmanı tətbiq edə bilər.

"Report"un Avropa bürosunun məlumatına görə, bunu Fransanın xarici işlər naziri Jan-Noel Barro Aİ xarici işlər nazirlərinin İrlandiyada qeyri-rəsmi görüşündən əvvəl bildirib.

O, həmçinin İsrail Prezidenti İsxak Hersoq, Baş nazir Benyamin Netanyahu və xarici işlər naziri Gideon Saarın Qərb sahilində ekstremist mühacirlər tərəfindən zorakılığın kəskin artmasını pisləyən bəyanatlarını alqışlayıb. Onun sözlərinə görə, bu bəyanatlar arzuolunan idi, lakin daha sərt ola bilərdi və qanunsuz yaşayış məntəqələrinin genişlənməsinin və zorakılığın dayandırılması üçün qəti addımlarla müşayiət olunmalıdır.

Barronun fikrincə, ekstremist mühacirlərin hərəkətləri təkcə iki dövlətin yaradılması perspektivinə deyil, həm də İsrailin və bütün regionun təhlükəsizliyinə təhdiddir.

"Ticarət sahəsində səlahiyyətə malik olan Aİ Qərb sahilindəki qanunsuz yaşayış məntəqələrindən məhsulların Avropa İttifaqı ərazisinə qanunsuz şəkildə daxil olması faktı ilə barışa bilməz", - Barro bildirib.

44 - Tezliklə