"France Televisions"un əməkdaşları bomba təhlükəsi səbəbindən təxliyə olunublar
Digər ölkələr
- 29 noyabr, 2025
- 23:47
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Fransanın dövlət teleradio şirkəti "France Televisions"un əməkdaşları binaya bomba qoyulması ilə bağlı məlumatlara görə təxliyə olunublar.
"Report" xəbər verir ki, bu barədə quruma daxil olan "France Info" telekanalı məlumat yayıb.
Şirkətin telekanalları və radiostansiyalarının yayımı dayandırılıb. Hadisə saat 17:30-da (Bakı vaxtı ilə 20:30) baş verib. "France Info" telekanalının efirində həyəcan siqnalı eşidilib. "Yayımı dayandırmağa məcburuq", - axşam xəbərlərinin aparıcısı bildirib.
Hadisə yerinə polis əməkdaşları və kinoloqlar cəlb olunublar.
Oxşar hadisə bir neçə gün əvvəl BFMTV telekanalında baş verib. Lakin binada heç bir partlayıcı qurğu aşkar edilməyib.
Son xəbərlər
13:36
Milli Məclisin payız sessiyası üzrə növbəti iclası oktyabrın 16-da keçiriləcək
Daxili siyasət
13:35
Fərid Qayıbov: "ROİL Azərbaycan idmanının inkişafı üçün vacib təhsil ocağıdır"
Fərdi
13:30
Bakıda məktəbdə yanğın törətməyə cəhddə şübhəli bilinən 6 nəfər saxlanılıb
Hadisə
13:29
Azərbaycanda vergi və gömrük sahəsində yeni güzəşt və azadolmalar müəyyənləşib
Biznes
13:24
Səbail rayonunda su təminatı bərpa edilib
İnfrastruktur
13:23
Azərbaycanda vahid büdcə təsnifatı yenilənib
Maliyyə
13:16
Foto
Azərbaycan OIV ilə üzümçülük və şərabçılıq sahəsində əməkdaşlığı müzakirə edib
ASK
13:14
Foto
ADY kollektivi peşə bayramı münasibətilə Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib
İnfrastruktur
13:04
Azərbaycanda nəqliyyat və anbar xidmətlərinin ümumi dəyəri 10 % artıb
İnfrastruktur