“Ford” nasazlıq səbəbindən ABŞ-də 90 mindən çox avtomobili geri çağıracaq
Digər ölkələr
- 31 avqust, 2024
- 13:11
“Ford” şirkəti ABŞ-də 90 736 avtomobili nəqliyyat vasitəsinin istifadəsi zamanı mühərrikin sıradan çıxması riskinə görə geri çağıracaq.
“Report” xəbər verir ki, bu barədə “US.News” portalı Amerika Milli Yollarda Hərəkətin Təhlükəsizliyi İdarəsinə (NHTSA) istinadən məlumat yayıb.
NHTSA-nın məlumatına görə, geriçağırma 2,7 və ya 3,0 litr həcmli “Nano EcoBoost” mühərriki ilə təchiz edilmiş 2021-2022-ci illərin istehsalı olan bəzi “Bronco”, “F-150”, “Edge”, “Explorer”, “Lincoln Nautilus” və “Lincoln Aviator” avtomobillərinə aid olacaq.
Tənzimləyicidən bildirilib ki, problemin aradan qaldırılması üzrə tədbirlər çərçivəsində dilerlər mühərrikin tsikl sınağını həyata keçirəcək və ehtiyac yaranacağı təqdirdə mühərriki pulsuz dəyişdirəcək.
Son xəbərlər
07:26
Əməliyyatlar başlayandan bəri İsraildə 42 nəfər həlak olub
Digər ölkələr06:27
"Hizbullah" İsrailin hücumlarına qarşılıq verib
Digər ölkələr05:51
Livanda matəm elan olunub
Digər ölkələr05:22
Xəzər dənizində zəlzələ baş verib
Hadisə05:19
SEPAH mina təhlükəsinə görə Hörmüz boğazından keçid üçün yeni qaydalar tətbiq edib
Region04:51
Pakistanın ABŞ-dəki səfiri: Livanın adı razılaşma mətnində açıq şəkildə qeyd edilib
Region04:33
Tramp: NATO ehtiyac duyduğumuz zaman köməyimizə gəlmədi
Digər ölkələr04:14
Tramp NATO Baş katibi Rütte ilə görüşüb
Digər ölkələr03:42