Floridada meşə yanğınları səbəbindən minə yaxın insan təxliyə edilib

Digər ölkələr
  • 22 aprel, 2017
  • 19:03
Floridada meşə yanğınları səbəbindən minə yaxın insan təxliyə edilib

Bakı. 22 aprel. REPORT.AZ/ ABŞ-ın Florida ştatında meşə yanğınları səbəbindən minə yaxın insan təxliyə olunub.

“Report” TASS-a istinadən xəbər verir ki, yanğın ocaqları ştatın bütün ərazisində olan meşə massivlərində müşahidə edilir.

Hazırda 1,9 min hektar ərazi yanır. Ştat hökumətinin məlumatına görə, ümumilikdə 7 min evin sakini köçürülüb.

Alovla 500 yanğınsöndürən və 10 xüsusi təyyarə mübarizə aparır. Fərziyyələrdən biri yandırılmadır. Həmin şəxsin tutulması və ya barəsində məlumata görə 5 min dollar mükafat təyin olunub.