Filippinin cənubunda partlayış: 2 ölü, 31 yaralı
Digər ölkələr
- 24 yanvar, 2015
- 05:41
Bakı. 24 yanvar. REPORT.AZ/ Filippinin cənubundakı barlardan birində baş verən partlayışda 2 nəfər ölüb, 31 nəfər yaralanıb. Bu barədə "Report" "Anadolu" agentliyinə istinadən xəbər verir.
Məlumata görə, partlayış avtobus terminalının yaxınlığındakı barlardan birində olub. Partlayışa qaz sızması və ya partlayıcı maddənin səbəb ola biləcəyi ehtimalları araşdırılır. Partlayış nəticəsində bir avtomobil və ətrafdakı bəzi evlər zərər görüb. Eyni zamanda hadisənin zərər görən maşına yerləşdirilmiş partlayıcının səbəb ola biləcəyi ehtimalı da araşdırılır.
Zamboanga bələdiyyəsinin sədri Mariya İsabelle isə açıqlamasında partlayışın "Əbu Səyyaf" təşkilatı ilə əlaqəli olmasını istisna etməyib.
Son xəbərlər
20:58
Foto
Xocavənddə uşaqların rəqəmsal təhlükəsizliyinə dair təlimlərə start verilib
Daxili siyasət20:56
BƏƏ İrandan iki ballistik raketin buraxıldığını qeydə alıb - YENİLƏNİB
Digər ölkələr20:53
Latviyada kiberhücum səbəbindən təxminən 1,2 milyon insanın məlumatları sızıb
Digər ölkələr20:37
ABŞ məhkəməsi Trampa 5 mindən çox Efiopiya vətəndaşının müdafiəsini ləğv etməyə icazə verib
Digər ölkələr20:20
İsrailin Qəzzadakı limana endirdiyi zərbə nəticəsində 6 nəfər ölüb
Digər ölkələr20:17
Livan Əsəd dövrünün sabiq generalını Suriyaya təhvil verəcək
Digər ölkələr20:09
Foto
Video
DSX Azərbaycan Sərhəd Mühafizəsinin 107-ci ildönümü münasibətilə təntənəli tədbir keçirib
Hərbi20:03
Conatan Devid "Qalatasaray"a təklif olunub
Futbol19:40