Finlandiya Prezidenti Ukraynaya 14-cü hərbi yardım paketini təsdiqləyib

Digər ölkələr
  • 23 mart, 2023
  • 14:04
Finlandiya Prezidenti Ukraynaya 14-cü hərbi yardım paketini təsdiqləyib

Finlandiya Prezidenti Sauli Niinistö Ukraynaya 3 “Leopard 2” tankının daxil olduğu 14-cü hərbi yardım paketini təsdiqləyib.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Finlandiyanın müdafiə naziri Antti Kaikkonen mətbuat konfransında deyib.

Yardım paketinə ağır silahlar və sursatlar da daxildir. Hərbi yardım paketinin ümumi dəyəri 161 milyon avro qiymətləndirilir.