Filippində poliqonda baş verən uçqunda ölənlərin sayı 10-a yüksəlib – YENİLƏNİB
- 12 yanvar, 2026
- 19:57
Filippinin mərkəzi hissəsindəki Sebu şəhərində tullantı poliqonunda baş verən uçqun nəticəsində həlak olanların sayı 10 nəfərə çatıb, 26 nəfər isə itkin düşmüş hesab olunur.
"Report"un məlumatına görə, bunu "ABS-CBN News" telekanalı bildirib.
Qeyd edək ki, fövqəladə xidmətlər tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatına 300-dən çox insan cəlb olunub. Onlara ölkənin Hərbi Dəniz Qüvvələrinin hərbçiləri də qoşulublar.
Qeyd edək ki, Sebu şəhərində yanvarın 8-də zibil poliqonunda uçqun baş verib. Hadisədən sonrakı ilk saatlarda dağıntılar altından 12 nəfər sağ çıxarılıb və onlar xəstəxanaya yerləşdirilib.
Sebu şəhərində (Filippin) nəhəng zibil poliqonunda uçqun nəticəsində 8 nəfər həlak olub.
"Report" xəbər verir ki, bu barədə "ABS-CBN News" telekanalı yerli hakimiyyətə istinadən bildirib.
Qeyd edilib ki, 28 nəfər itkin düşüb.
Filippin hökuməti hadisənin nəticələrinin aradan qaldırılması üçün ölkənin Hərbi Dəniz Qüvvələrinin əməkdaşlarını cəlb edib.
Qeyd edək ki, Sebu şəhərində yanvarın 8-də zibil poliqonunda uçqun baş verib. Həmin vaxt ən azı bir nəfərin həlak olduğu və 38 nəfərin itkin düşdüyü bildirilirdi.