Filippində daşqın qurbanlarının sayı 27 nəfərə çatıb
Digər ölkələr
- 15 yanvar, 2023
- 05:11
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Filippində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində azı 27 nəfər ölüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Risklərin qarşısının alınması və təbii fəlakətlərin aradan qaldırılması üzrə Milli Şurasının dərc olunmuş hesabatında qeyd olunub.
Bildirilib ki, 11 nəfər xəsarət alıb, daha 3 nəfər itkin düşüb. Məlumata görə, daşqınlar ölkənin 13 regionunda 614,1 mindən çox filippinliyə ziyan vurub. Bundan əlavə, daha 112,5 min sakin təxliyə edilməli olub.
Sel 215 yola, 54 körpüyə və 24 dəniz limanına ziyan vurub, 532 şəhərdə məktəblər və fabriklər müvəqqəti bağlanıb, 31 şəhərdə fövqəladə vəziyyət elan edilib.
İnfrastruktura dəyən ümumi ziyan 3,12 milyon dollar qiymətləndirilir.
Son xəbərlər
09:09
"Mingəçevir Reqatası-2026" beynəlxalq turnirinə bu gün yekun vurulacaq
Fərdi09:08
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570-dən çox hərbçi iştirak edir
Digər09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (01.10.2026)
Maliyyə09:02
UEFA Millətlər Liqası: Azərbaycan millisi bu gün Bakıda Lixtenşteynlə qarşılaşacaq
Futbol09:00
Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləri (01.10.2026)
Maliyyə08:57
"Yonhap": Seul Pxenyanla gərginliyi azaltmağa çalışır
Digər ölkələr08:48
Naməlum şəxslər Kanada hökumətinin saytının parolunu sındırmağa cəhd ediblər
İKT08:27
Foto
Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub
Hadisə08:11
Foto