Filippin enerji böhranı fonunda günəş panellərinin ən böyük istehlakçısına çevrilib
- 29 iyun, 2026
- 07:48
Yeniliklərdən dərhal xəbərdar olun!
Filippin sakinləri elektrik enerjisi qiymətlərinin kəskin artması fonunda kütləvi şəkildə damlarına günəş panelləri quraşdırırlar.
"Report" xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Mənbənin məlumatına görə, Yaxın Şərqdə münaqişənin başlamasından sonra ölkənin ən böyük elektrik təchizatçısı "Meralco" tarifləri 10% artırıb. Nəticədə, Filippin dünyanın ən böyük günəş panelləri istehlakçısına çevrilib.
Qeyd olunub ki, orta hesabla bir ailə aylıq gəlirinin təxminən 12%-ni elektrik enerjisinə xərcləyir. Eyni zamanda, Filippin Cənub-Şərqi Asiyada elektrik enerjisi üçün əhəmiyyətli dövlət subsidiyaları olmayan azsaylı ölkələrdən biri olaraq qalır və oradakı tariflər regionda ən yüksək hesab olunur.
Yerli sakinlər qeyd edirlər ki, günəş panellərinin qiymətinin düşməsi və tariflərin davamlı artması evdə günəş enerjisi sistemlərinin quraşdırılmasını getdikcə daha sərfəli bir investisiya halına gətirir