"Figaro": Lekornu Fransanın Baş naziri postuna qayıtmaq istəmir

Digər ölkələr
  • 06 oktyabr, 2025
  • 21:54
Figaro: Lekornu Fransanın Baş naziri postuna qayıtmaq istəmir

Fransanın istefaya göndərilən Baş naziri Sebastyen Lekornu yenidən bu vəzifəyə təyin olunmaq istəmir, lakin prezident Emmanuel Makronun gələcək hökumətlə bağlı siyasi qüvvələrlə danışıqlar aparmaq göstərişini yerinə yetirəcək.

"Report" xəbər verir ki, bu barədə "Le Figaro" qəzeti məlumat yayıb.

Qəzetin yazdığına görə, Lekornu bu barədə şəxsən prezidentə məlumat verib və Makron vəzifəsini tərk edən baş nazirdən oktyabrın 8-də siyasi məsələlərlə bağlı yekun danışıqları aparmasını və nəticələrini bildirməsini istəyib.

Nəşrin məlumatına görə, Lekornu razılaşsa da, nəticədən asılı olmayaraq, missiyasını davam etdirməyəcəyini bildirib.

Qəzet qeyd edib ki, keçmiş baş nazir və prezidentin mərkəzçi İntibah Partiyasının baş katibi Qabriel Attal prezidentdən "danışıqçı" kimi çıxış etməsini istəyib. Lekornunun ətrafı bu məlumatı inkar etməyib.

Son xəbərlər

Bütün Xəbər Lenti