Fələstin İsrail və ABŞ-la bütün əlaqələrini kəsib

Digər ölkələr
  • 01 fevral, 2020
  • 14:55
Fələstin İsrail və ABŞ-la bütün əlaqələrini kəsib
AFN

Bu gün Fələstin prezidenti Mahmud Abbas İsrail və ABŞ-la bütün əlaqələrin dayandırıldığını elan edib.

"Report" TASS-a istinadən xəbər verir ki, o, bunu Qahirədə Ərəb Dövlətləri Liqasının toplantısında bəyan edib. 

"Mən Netanyahuya (İsrailin Baş naziri) və ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) rəhbərinə məktüb ünvanlamışam. Bundan sonra Fələstin ABŞ ilə təhlükəsizliyin təmin olunması məsələsində əməkdaşlıq etməyəcək və əvvəllər imzalanmış bütün razılaşmalar bizim üçün qüvvədən düşüb.", - M.Abbas deyib.

Onun sözlərinə görə, Amerika tərəfinin planı münaqişənin həllinə yardım etməyəcək.

O, ABŞ prezidenti Donald Trampın təklif etdiyi "əsrin sazişi" əsasında İsrail ilə danışıqlar aparılmasının mümkünsüzlüyünü bildirib.

44 - Tezliklə