Estoniya Ukrayna üçün silah alışını maliyyələşdirəcək
- 14 sentyabr, 2025
- 16:11

Estoniya Ukraynaya ÜDM-in azı 0,25 %-i səviyyəsində hərbi yardım göstərməyə davam edəcək - bu, 100 milyon avrodan çoxdur. Yardımın əksəriyyəti Estoniya müəssisələri tərəfindən təmin ediləcək.
"Report" xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Xanno Pevkur deyib.
"Estoniya Rusiyanın təcavüzkar müharibəsində Ukraynanı qətiyyətlə dəstəkləməyə davam edəcək. Gələn il də ÜDM-in 0,25 %-nin Ukraynaya yardım göstərəcəyi prinsipinə sadiq qalacağıq. Biz Ukraynanın hərbi ehtiyaclarından çıxış edirik və gələn il Estoniyanın müdafiə sənayesi müəssisələri də mühüm rol oynayacaq", - Xanno Pevkur bildirib.
Nazir həmçinin əlavə edib ki, Estoniya ukraynalıların təlimini davam etdirəcək və Ukraynanın müdafiə sahəsində İT həllərini dəstəkləyəcək.
Estoniya Ukraynaya 500 milyon avrodan çox hərbi yardım göstərib ki, bu da ÜDM-in 1,4 %-ni təşkil edir və ölkə iqtisadiyyatına töhfə verən bütün tərəfdaş dövlətlər arasında liderdir. Tam miqyaslı müharibə başlayandan bəri Estoniya 1 500-dən çox Ukrayna hərbçisini hazırlayıb.