Estoniya Rusiyanın onun hava məkanını pozmasını NATO ilə müzakirə edəcək
Digər ölkələr
- 19 sentyabr, 2025
- 23:55

Estoniya NATO Nizamnaməsinin 4-cü maddəsinə istinadən və təhlükəsizlik məsələsi ilə bağlı müttəfiqləri ilə məsləhətləşmələr tələb etmək niyyətindədir.
"Report"un xəbərinə görə, bu barədə Estoniyanın Baş naziri Kristen Mixal "X" sosial şəbəkəsində yazıb.
Onun sözlərinə görə, sentyabrın 19-da səhər saatlarında Rusiyanın 3 MiQ-31 qırıcısı Estoniyanın hava məkanını pozub. NATO qırıcıları cavab verib və Rusiya təyyarələri ölkənin səmasını tərk edib.
"Belə pozuntu tamamilə qəbulolunmazdır", -Mixal qeyd edib.
Daha əvvəl Rusiyanın üç MiQ-31 qırıcısının Estoniya sərhədini pozduğu və Estoniyanın hava məkanında 12 dəqiqə qaldığı bildirilirdi. Uçuşun Baltik dənizindəki Polşanın Petrobaltik neft platforması üzərindən həyata keçirildiyi xəbər verilib.
Son xəbərlər
01:08
BMT konfransında 10 ölkə Fələstin dövlətini tanıyacaq
Digər ölkələr00:56
Video
"Sonrakı həyatımız Xocalı, Quşçular, Malıbəyli faciəsi ilə bağlı oldu" - Qərbi Azərbaycan Xronikası
Daxili siyasət00:34
Foto
Video
Bosfor boğazında iki gəmi toqquşub, xəsarət alanlar var
Region00:06
Video
Prezident İlham Əliyev sosial şəbəkə hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edib
Daxili siyasət00:02
Bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günüdür
Daxili siyasət00:01
Neftçilər Günü: Azərbaycanın enerji salnaməsinin şanlı səhifəsi
Energetika00:00
Bu gün Azərbaycanda Dövlət Suverenliyi günüdür
Daxili siyasət23:55
Estoniya Rusiyanın onun hava məkanını pozmasını NATO ilə müzakirə edəcək
Digər ölkələr23:42