Estoniya Baş nazirinin partiyası parlament seçkilərində qalib gəlir

Digər ölkələr
  • 06 mart, 2023
  • 02:15
Estoniya Baş nazirinin partiyası parlament seçkilərində qalib gəlir

Estoniyanın Baş naziri Kaya Kallasın “İslahat” partiyası bazar günü (5 mart -red) keçirilən parlament seçkilərində qalib gəlir.

Bu barədə “Report” “Reuters”ə istinadən xəbər verir.

İlkin nəticələr göstərib ki, “İslahat” partiyası 32%, ifrat sağçı “EKRE” partiyası 15,7% səs toplayıb.

Belə ki, 101 deputat mandatı uğrunda mübarizədə 9 siyasi partiyadan 968 namizəd, o cümlədən 10 fərdi namizəd iştirak edib.

İlkin məlumatlara görə, islahatçılar 38 deputat mandatı alacaq ki, bu da 2019-cu ildəki seçkilərlə müqayisədə 4 mandat çoxdur.

Nəticə təsdiqlənərsə və 45 yaşlı Kallas işlək koalisiya yarada bilsə, bu, ölkənin Avropayönlü kursunu gücləndirəcək.