Əsəd "İl-20" təyyarəsinin qəzası ilə bağlı Putinə başsağlığı verib
- 19 sentyabr, 2018
- 23:41
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakı. 20 sentyabr. REPORT.AZ/ Suriya Prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinə ərəb ölkəsi ərazisində Rusiyaya məxsus "İl-20" tipli təyyarənin qəzaya uğraması ilə bağlı başsağlığı teleqramı ünvanlayıb.
"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə teleqramın mətnində deyilir.
"Suriya xalqı adından Rusiyaya məxsus "İl-20" tipli hərbi gəminin Aralıq dənizi sularında qəzaya uğraması ilə bağlı dərin hüznlə başsağlığı verirəm", - mətndə qeyd olunur.
O həmçinin ümid etdiyini bildirib ki, faciə Rusiya və Suriyanın terrorçuluqla mübarizəsini yarımçıq qoymayacaq.
Bununla belə, Əsəd təyyarənin qəzaya uğramasını "İsrailin təkəbbürlülüyü"nün nəticəsi adlandırıb.
Rusiya Müdafiə Nazirliyinin bəyanatına görə, "İl-20" Suriya RƏM sistemi tərəfindən İsrail HHQ pilotlarının Rusiya təyyarəsi arxasında gizlənməsi səbəbindən vurulub.