Ərəb ölkələri Qətərin dəstəklədiyi 69 nəfər və 12 təşkilatı terror siyahısına salıb

Digər ölkələr
  • 09 iyun, 2017
  • 00:49
Ərəb ölkələri Qətərin dəstəklədiyi 69 nəfər və 12 təşkilatı terror siyahısına salıb

Bakı. 9 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanı, BƏƏ, Misir və Bəhreyn terrorçuluğu maliyyələşdirən və Qətərin dəstəyini alan 69 şəxs və 12 təşkilatı qadağan olunmuş terror siyahısına daxil etmək qərarına gəlib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə "Al Arabiya" məlumat yayıb.

"Dörd dövlət 69 nəfər və 12 təşkilatı yenilənəcək qadağan olunmuş terror siyahısına daxil etmək barədə razılığa gəlib", — deyə bəyanatda bildirilir.

44 filmi