Ərəb ölkələri UNESCO-ya Qüdsün müqəddəs yerlərinin statusunun dəyişdirilməsi ilə bağlı layihə təqdim edəcək

Digər ölkələr
  • 20 oktyabr, 2015
  • 17:37
Ərəb ölkələri UNESCO-ya Qüdsün müqəddəs yerlərinin statusunun dəyişdirilməsi ilə bağlı layihə təqdim edəcək

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bir sıra ərəb dövləti BMT-yə müraciət edərək Qüds şəhərində yerləşən müqəddəs məkanların statusunun dəyişdirilməsini istəyəcək.

"Report"un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, yahidilərin müqəddəs hesab etdikləri Ağlama divarı da daxil olmaqla bir sıra məbədin Əl-Əqsa məscid kompleksinin tərkib hissəsi kimi qəbul edilməsini istəyən Əlcəzair, Misir, BƏƏ, Küveyt, Mərakeş və Tunis rəsmiləri məsələnin dərhal YUNESKO-da müzakirə olunmasını tələb edib.

Təklif oktyabrın 21-də YUNESKO-nun İcraiyyə Şurasında müzakirəyə çıxarılacaq.

YUNESKO-nun baş direktoru İrina Bokova artıq mövzu ilə bağlı narahatlığını dilə gətirib. Onun sözlərinə görə, təşkilatın İcraiyyə Şurası Yaxın Şərqdə gərginliyin artmasına səbəb olacaq qərarlar qəbul etməməlidir.