Ərdoğan: Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır
Digər ölkələr
- 09 yanvar, 2025
- 15:44
Suriyaya qarşı sanksiyalar aradan qaldırılmalıdır.
"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corciya Meloni ilə telefon danışığında deyib.
Türkiyə lideri telefon danışığı zamanı bildirib ki, vaxt itirmədən Suriyanın bərpası üçün hərəkətə keçmək lazımdır.
Ərdoğan İtaliyanı Suriyaya qarşı məhdudiyyətlərin aradan qaldırılmasına rəhbərlik etməyə çağırıb.
Tərəflər, ikitərəfli məsələlər barədə də danışıblar. Türkiyə lideri qarşılıqlı ticarət həcminin arta biləcəyinə inamını ifadə edib. O, müdafiə sənayesi və enerji başda olmaqla, bir çox sahədə qarşılıqlı əməkdaşlığın gücləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Son xəbərlər
20:00
Çempionlar Liqası: "Sabah" - "KuPS" oyunu başlayıb
Futbol19:58
Tramp, lazım gələrsə, "Hizbullah" rəhbərliyi ilə birbaşa dialoqa hazırdır
Digər ölkələr19:43
Ermənistan güləşçiləri Bakıda keçiriləcək dünya çempionatında iştirak edəcəklər
Region19:38
Tramp və Aun Vaşinqtonda İsrail qoşunlarının Livanın cənubundan çıxarılması qrafikini müzakirə edirlər
Digər ölkələr19:30
Video
İlham Əliyevin sosial media hesablarında Almaniyaya səfərinə dair video paylaşılıb
Xarici siyasət19:17
"Limon turşusu" adlı səhifənin adminləri həbs olunub
Hadisə19:16
Gürcüstanın Azərbaycandan balıq idxalına çəkdiyi xərci 4 dəfə artıb
ASK19:11
Ukrayna və Britaniya XİN başçıları ikitərəfli əməkdaşlıq perspektivini müzakirə ediblər
Region19:08