Ərdoğan qlobal çağırışlar fonunda Avropanı birliyə çağırıb

Digər ölkələr
  • 16 may, 2025
  • 15:59
Ərdoğan qlobal çağırışlar fonunda Avropanı birliyə çağırıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qlobal çağırışlar fonunda Avropa ölkələrini birliyə və əməkdaşlığa çağırıb.

“Report”un Albaniyaya ezam olunmuş əməkdaşının məlumatına görə, bu barədə türkiyəli lider Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammitinin plenar iclasında çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, dünya birliyində etimad problemi hökm sürür və bunun aradan qaldırılması üçün ilk növbədə yeni və ədalətli sülh nizamı lazımdır.

Ərdoğan, həmçinin qeyd edib ki, Avropa qitəsi xüsusilə energetika və nəqliyyat sahəsində böyük əməkdaşlıq potensialına malikdir: "Avropa öz müdafiə sənayesini inkişaf etdirməlidir. Bu səylərdə mərkəzi rolu NATO oynamalıdır, lakin digər tərəfdaşlar, regiondan kənar ölkələr də iştirak etməlidir. Keçmişin bir çox müharibə və münaqişələri bizə müdafiə, təhlükəsizliyin vacibliyini sübut etdi", - o bildirib.

44 - Tezliklə